Onlayn ictimai-siyasi qəzet
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2025”in qalibləri müəyyənləşib.
Report xəbər verir ki, “Küləyə qalib gəl” şüarı ilə keçirilən marafonda kişilər arasında yarışın qalibi türkiyəli Atac Sezgin olub.
Rusiyalı Vitali Şafar finiş xəttini ikinci, Türkiyənin digər təmsilçisi Murat Emekdar isə üçnücü keçib.
Qadınların mübarizəsində isə ukraynalı Natalya Semenoviç finişə hamıdan tez çatıb. Azərbaycanı təmsil edən Anna Yusupova ikinci, yaponiyalı atlet Eriko Soma üçüncü yerə layiq görülüb.
Qaliblərə pul mükafatları və medallar təqdim olunacaq. Qeyd edək ki, marafonda 28 minədək iştirakçı qeydiyyatdan keçib.
***
Bakı Marafonu “Küləyə qalib gəl” başlayıb.
Musavat.com xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan Bakı Marafonu artıq 8-ci dəfədir keçirilir. Builki marafon da Dövlət Bayrağı Meydanında saat 10:00-da başlayıb.
Bakı marafonunda bu il 28 minədək şəxs qeydiyyatdan keçib.
Marafonda müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri, əməkdaşlarl, tanınmış ictimaiyyət nümayəndələri, Azərbaycanda yaşayan əcnəbilər, həmçinin, onlarla ölkənin vətəndaşları, o cümlədən fiziki imkanları məhdud şəxslər və Daun sindromlu uşaqlar da iştirak edir.
Qeyd edək ki, start və finiş nöqtələri Dövlət Bayrağı olan marafonun marşrutu 21 kilometrdir.
Nigar HƏSƏNLİ,
Fotolar müəllifindir
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ