İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa: “Ermənistan cəmiyyətinə təklifləri biz verməliyik”

Deputat Fazil Mustafa Milli Məclisdəki çıxışında bildirdi ki, bizim ölkədə insanlar üçün ən riskli iş və davranış təşəbbüskarlıqdır. Onun sözlərinə görə, kimsə ideya səsləndirdmək istəyəndə yuxarıda hökumətə, aşağıda qaragüruha baxır. Amma elə məsələlər var ki, orada təşəbbüskarlıq çox vacibdir: “Son 200 ildə, nəhayət, erməni rəhbəri ortaya çıxıb rəsmi şəkildə bəyan edir ki, Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq lazımdır”.

Deputat Ermənistanın hazırkı etiraflar durumundan istifadə etməyin lazım olduğunu vurğuladı: “Yaxşı ki, bu ölkədə vaxtında sosial tədqiqatlar mərkəzi yaradıldı. Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzi yüksək səviyyədə fəaliyyət gostərir. Bu mərkəz cəmiyyətin fikrini, təkliflərini öyrənib, dövlətə çatdırır. Amma bu şəbəkə genişlənməlidir. Eyni zamanda parlamentun bu istiqamətdə komissiyasının yaradılmasına ehtiyac var. Parlamentin də hansısa formada bu cür komissiyasının yaradılması lazımdır. Erməni parlamenti ilə münasibəti gücləndirməliyik. QHT-lərin üzərindən buxovu götürmək lazımdır. QHT-lər erməni QHT-lərlə forumların keçirilməsinə çalışmalıdır. Ermənistan cəmiyyətinə təklifləri biz verməliyik. Çünki biz qalibik. Müharibə yolu ilə edəcəyimiiz etmişik. Yazıçılar, siyalılar, biznes adamları da prosesə qoşulmalıdır. Ermənistan tərəfindən atılan etiraf adımları bizi bunu etməyə məcnbur edir”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR