İnsanlara hürriyət, millətlərə istiqlal!

Fatma Girik səhlənkarlıqdan ölüb?- Yekun qərar verildi

Türkiyənin əfsanəvi aktrisası Fatma Girikin ölümündə səhlənkarlıq iddiası ilə başladılan məhkəmə prosesi yekunlaşıb.

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan araşdırmada yekun qərar qəbul edilib.

Qərarda “Yeşilçam” ulduzuna göstərilən müalicədə səhlənkarlığın olmadığı və cinayət təqibinə ehtiyac qalmadığı bildirilib.

Ekspertiza rəylərinin başa çatmasından sonra hazırlanan hesabatda aktrisanın COVID-19-la bağlı inkişaf edən orqan çatışmazlığından vəfat etdiyi, tibbi müdaxilədə hər hansı bir səhvə yol verilmədiyi qeyd olunub.

Xatırladaq ki, Fatma Girik 20202-ci il yanvarın 24-də 79 yaşında vəfat edib. Aktrisanın qardaşı Günay Girik xəstəxananı səhlənkarlıqda ittiham edib. O, nəinki F. Girikin müalicə aldığı xəstəxananı həm də bacısı qızı Ahu Turanlını da eyni səbəbdən məhkəməyə verib./Qafqazinfo.az/

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 May 2025

BÜTÜN XƏBƏRLƏR