İnsanlara hürriyət, millətlərə istiqlal!

Fars körfəzində nəhəng tapıntı

Səudiyyə Ərəbistanı ilə Küveyt arasında neytral zonada yeni neft yatağı aşkarlanıb.

Musavat.com xəbər verir ki, məlumatı Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi yayıb.

Bildirilir ki, yatağı “Wafra Joint Operations” birgə şirkəti kəşf edib.

Yataq birgə istismar olunan “Vafra” yatağından 5 km şimalda yerləşən Şimali Vafra “Wara-Burgan” ərazisində aşkar edilib:

“Bu, 2020-ci ilin ortalarında neytral zonada və ona bitişik dəniz zonasında hasilat əməliyyatlarının bərpasından sonra ilk kəşfdir. Bu kəşf hər iki ölkənin etibarlı qlobal enerji təchizatçıları statusuna, onların kəşfiyyat və hasilat imkanlarına müsbət təsirini nəzərə alaraq yüksək əhəmiyyətli hesab olunur”.

5700 kvadrat kilometrdən çox ərazini əhatə edən neytral zona Küveyt və Səudiyyə Ərəbistanı arasında 1922-ci ildə bağlanmış müqavilə əsasında yaradılıb. 1970-ci ildə ölkələr Vafra və Xafci neft ehtiyatlarını paylaşarkən zonanın yarısını öz ərazilərinə əlavə edərək bölməyə razılaşıblar.

2014-2015-ci illərdə Səudiyyə Ərəbistanı ilə Küveyt arasında münaqişələr dünya neftinin təxminən 0,5 faizini istehsal edə bilən ərazidə neft hasilatının tamamilə dayanmasına səbəb olub.

Neytral zonada “Vafra” yatağından əlavə (maksimum hasilat gücü sutkada 220 min barel), gücü 280-300 min barel olan “Xəfci” yatağı birgə istismardadır. Birgə yataqlarda neft hasilatı 2020-ci ilin iyul ayında bərpa edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 May 2025

28 May 2025

BÜTÜN XƏBƏRLƏR