Onlayn ictimai-siyasi qəzet
Gəncədə kişi arvadını bıçaqlayıb, sonra özünə bıçaqla xəsarət yetirib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Sevinc qəsəbəsində qeydə alınıb.
34 yaşlı Ramin İmanov həyat yoldaşı, 35 yaşlı Şəhla Bayramova ilə mübahisə edib. Daha sonra arvadına 12 bıçaq zərbəsi vurub, özünə də bıçaqla xəsarət yetirib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Qeyd edək ki, cütlük bir il əvvəl boşanıb, lakin təxminən 10 gün bundan öncə yenidən barışıb. Onların 3 azyaşlı övladı var.
Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ