Onlayn ictimai-siyasi qəzet
“Xəyanət insanın cinsindən asılı olmayaraq, fərdi bir yanaşmadır. Onu cinslərə bölüb qeyd etmək doğru deyil. Hər kəsin bir müəyyən həyat anlamı var. Müəyyən səbəblər, mənimsədiyi biliklər ucbatından verdiyi reaksiyalar mövcuddur”.
Bu fikirləri psixoloq Gülər Məmmədova “Yeni Sabah”a açıqlamasında bildirib. O, evli cütlüklərin bir-birinə xəyanət etməsinin səbəblərini belə izah edib:
“Təəssüflər olsun ki, bəzi konfliktli situasiyalarda, qarşılıqdı münasibətlərdə bir-birindən intiqam almaq, özlərini təsdiq etməkdən ötəri uyğun olmayan istək və davranışlara yol verirlər. Bu da xəyanət adlanır. Xəyanət adı ilə boşanmalar, barışmalar, ömür boyu başaqaxmalar və konfliktli situasiyalar mövcud olur. Ona görə sözügedən proses fərdi xüsusiyyətlər sonunda yaranır”.
Psixoloq onu da qeyd edib ki, xəyanəti kişilər, yaxud qadınlar daha çox edir deyə ayırmaq, fərqləndirmək doğru deyil:
“Elə kişilər var ki, onların xəyanəti heç vaxt üzə çıxmır. Qadınlar isə dini və əxlaqi baxımdan müəyyən təzyiqlərlə üzləşdikləri üçün öz münasibətlərini daha çox gizli saxlamağa üstünlük verirlər. Amma xəyanət dediyimiz proses, ailəli olan insanın başqa insanla münasibət qurmağı haqq qazandırılası bir durum deyil. Və hər iki tərəfdə də bu gizli qalmır. Hər bir şey vaxt gəlir üzə çıxır”.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ