İnsanlara hürriyət, millətlərə istiqlal!

“Everestə qalxmaq 60-100 min dollara başa gəlir” - Zirvəni fəth edən Vəfa danışdı+Video

Bir neçə gün öncə dünyanın ən hündür zirvəsi olan Everest (8848 m) və Lots zirvəsini fəth edən ilk azərbaycanlı qadın Vəfa Qəhrəman (Musayeva) öz təəssüratlarını bölüşüb.

Musavat.com xəbər verir ki, V. Qəhrəman İTV-nin “Sabahın xeyir, Azərbaycan!” verilişində səfər haqda danışıb.

“Məqsədin olduqda, biləndə ki, sən ora nə üçün getmisən, bu səni zirvəyə aparıb çıxarır. Dayanmaq ağlımdan keçməyib. Səfər zamanı üçqat əlcək taxmağıma baxmayaraq barmaqlarımı don vurmuşdu. Amma bu yumşaq donvurmadı, açılacaq. Əgər təsadüfən əlcəyini itirsən, oradan barmaqsız qayıdacaqsan”, - o bildirib.

Vəfa Qəhrəman həmçinin Everesti fəth etməyə xərclənən vəsaiti də açıqlayıb:

“Everesti fəth etmək 60 mindən 100 min dollara kimi başa gəlir. Zirvəyə gedib-gəlmək təxminən 18, bəzi insanlar üçün isə 24 saatı əhatə edir”.

Daha ətraflı videoda:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 May 2025

22 May 2025

BÜTÜN XƏBƏRLƏR