İnsanlara hürriyət, millətlərə istiqlal!

“Europol” məşhur “Maqnitski işi” üzrə əsas şübhəlinin həbs olunduğunu elan edib

Avropa Birliyi polisi məşhur “Maqnitski işi” üzrə əsas şübhəlinin Kanar adalarında həbs edildiyini bildirib. Onun adı açıqlanmır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, həmin şəxs vaxtilə Sergey Maqnitskinin araşdırdığı, çirkli pulların yuyulması ilə məşğul olan cinayətkar qrupun lideri olub. Qrup Rusiya büdcəsindən ən azı 219 milyon avro oğurlayıb.Bu pullar Avropa bank hesabları vasitəsilə köçürülüb, sonra isə daşınmaz əmlak almaq üçün İspaniyaya göndərilib.

Polis, planın mərkəzində İspaniya ilə heç bir əlaqəsi olmayan rusların olduğunu öyrənib. İspaniya hakimiyyəti 25 milyon avro dəyərində 75 mülkü müsadirə edib. Polis hazırda araşdırmalarını davam etdirir.

Sergey Magnitski “Hermitage Capital” fondunun auditoru olub. 2007-ci ildə o, Rusiya büdcəsindən 5,4 milyard rubl mənimsənilməsi sxeminin üstünü açdığını açıqlamışdı. Onun sözlərinə görə, bu fırıldağa yüksək rütbəli məmurlar və təhlükəsizlik işçiləri cəlb olunub.

2009-cu ildə həbs olunan Magnitski müəmmalı səbəblərdən “Matrosskaya Tişina” istintaq təcridxanasında ölüb. Onun ölümündən sonra ABŞ və Kanada Rusiyada insan haqlarının və qanunun aliliyinin pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyalar tətbiq edən “Maqnitski Aktı”nı qəbul ediblər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR