İnsanlara hürriyət, millətlərə istiqlal!

Etirazlar davam edir, yolda ilişib qalmış erməni sürücülər danışdı - VİDEO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyası bu gecə də davam etdiriləcək.

Musavat.com-un aksiyanı işıqlandıran əməkdaşının verdiyi məlumata görə, bu barədə aksiya iştirakçıları bildiriblər.

Axşam saatları olmasına rəğmən, hazırda 500-ə yaxın aksiya iştirakçısı etirazlara davam edir. Aksiya iştirakçıları mədənlərin qanunsuz istismarı, ekoloji terror, Ruben Vardanyanın pozucu, təxribatçı, talançı fəaliyyəti, Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı şüarlar səsləndirirlər.

Onlar həmçinin Laçın yolu vasitəsilə dinc erməni əhalisinə məxsus mülki maşınların, təcili yardım maşınlarının keçidinə şərait yaratmağa hazır olduqlarını hər dəfə çağırışlarında qeyd edirlər.

Buna baxmayaraq ermənilərin vay-şivəni dayanmır. Onlar qeyd edirlər ki, artıq 4 gündür ki yollarda qalıblar. 

Daha ətraflı "AzadlıqRadiosu"nun erməni bürosunun hazırladığı reportajda: 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR