İnsanlara hürriyət, millətlərə istiqlal!

Etirazçılar molla rejiminin lövhələrini parçaladılar - VİDEO

İranda etirazlar müxtəlif şəkillərdə davam edir. Kimisi sadəcə başı açıq gəzməklə etiraz etsə də, kimiləri meydanlara çıxır, plakatları sökür, yandırırlar. İran hökumətinin haqsızlığı ilə razılaşmayan insanlar hərəsi öz tərzlərində molla rejiminin təbliğat maşınının çarxına çomaq soxurlar.

Musavat.com xəbər verir ki, İran artıq bu etirazların qarşısında acız qalıb. Sosial şəbəkələr isə etirazçıların videoları ilə dolub-daşır.

Bu videoda isə inqilabçı qızlar molla rejiminin təbliğat lövhələrini dağıdırlar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR