İnsanlara hürriyət, millətlərə istiqlal!

“Eşref Rüya”nın baş rol aktrisası ŞOK açıqlamalar verdi – Uzaqdan olanda...

“Kanal D”nin ötən mövsümə damğa vuran layihələrindən biri olan “Eşref Rüya” serialının ulduzları yay tətilində də diqqət mərkəzində qalmağa davam edirlər.

Musavat.com xəbər verir ki, “Eşref Rüya”nın uğurundan sonra bütün diqqətlər üzərinə yönələn aktrisa Demet Özdemir “InStyle” jurnalının avqust buraxılışının üz qabığında yer alıb.

Demet “Nisan” obrazı ilə bağlı sualları cavablandırıb:

““Nisan”ın mübariz ruhu, İstanbul kimi bir şəhərdə bacısını oxutmaq üçün göstərdiyi səylər və eyni zamanda öz karyerasını qurmaq üçün mübarizə aparması məni çox təsirləndirdi. Bu, bir qədər də özümə tanış gələn mövzu idi”.

Demet Özdemir “Eşref” və “Nisan” arasındakı münasibətdən də danışıb:

“Uzun müddətdir unudulmuş, yeni nəslin çox yaşamadığı bir sevgidir bu. Daha uzaqdan, daha çox xəyal quraraq, yetişməsi gözlənilən bir münasibət... Məhz bu səbəbdən də məni özünə cəlb etdi”.

Aktrisa sevgiyə şəxsi münasibətini isə belə izah edib:

“Məncə, eşqin qısa davam etməsi onun dəyərini artırır. Eşqi sevgidən fərqləndirən də budur. Sevgi uzunmüddətli bir hissdir. Eşq uzunmüddətli olsaydı, sevgi həyatımızda necə bu qədər önəmli ola bilərdi?”

“Eşref Rüya” yeni mövsümdə də “Kanal D” ekranlarında tamaşaçıları ilə görüşməyə davam edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR