İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsir əsgərin anası ictimaiyyətə çağırış etdi: “Yalan xəbərlər yaymayın”

 

Bu günlərdə Naxçıvan Muxtar Respublikanın Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən əsir düşən əsgər Hüseyn Axundovun anası sosial mediyada oğlu ilə bağlı yayılan yalan xəbərlərə etiraz edib.

Musavat.com-a açıqlama verən Şəlalə Axundova ictimaiyyətə çağırış edərək bildirib ki, yayılan yalan xəbərlər onları ciddi şəkildə narahat edir:

"Sosial şəbəkələrdə "Gözümüz aydın, əsirlərimizi bizə qaytardılar" başlıqlı xəbərlər yayılıb. Axı, belə bir şey yoxdur. Biz də sevindik, düşündük ki, nə əcəb bizim xəbərimiz yoxdur. Qorxuram ki, bu cür xəbərlərin yayılması balalarımıza zərər verər. Ona görə də xahiş edirəm ki, yalan məlumat yaymasınlar”.

Qeyd edək, bu kimi xəbərlər Ermənistanda əsir saxlanılan və ağır işgəncələrə, qeyri-insani rəftara məruz qalan azərbaycanlı hərbçilərin həmin ölkənin Milli Təhlükəsizlik Xidmətinə təhvil verilməsi xəbəri əsasında yanlışlıqla bizim DTX-ya təhvil verilməsi kimi yozulub.

 

Dürrə Həsənova,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR