Onlayn ictimai-siyasi qəzet
Suriya prezidenti Bəşər Əsəd Dəməşqi tərk etməzdən bir neçə saat əvvəl, dekabrın 7-də Müdafiə Nazirliyinin binasında 30-a yaxın ordu və təhlükəsizlik xidmətinin rəhbərləri ilə görüşərək, hərbçilərə mövqelərini qorumağı tapşırıb.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Nəşrin yazdığına görə, Əsəd iclasda ordunun mövqelərini tərk etməməsi barədə əmr versə də, bir neçə saat sonra Dəməşqdən Rusiyanın Hmeymim hərbi bazasına, oradan isə Moskvaya uçub.
Hətta onun ən yaxın çevrəsi belə bu plandan xəbərsiz olub. Prezidentin kiçik qardaşı və elit diviziyanın komandiri Mahir Əsəd İraq üzərindən Rusiyaya qaçmağa məcbur qalıb. Əsədin əmisi oğlanları – İhab və Eyyad Məxluf isə Livana qaçmağa çalışarkən üsyançıların pusqusuna düşüblər. Bu zaman İhab həlak olub, Eyyad isə yaralanıb.
Əsədin ailəsi, o cümlədən həyat yoldaşı Əsma və övladları artıq Moskvada onun gəlişini gözləyirdi.
Əsədin köməkçisinin verdiyi məlumata görə, o, şənbə günü prezident aparatının rəhbərinə işini bitirdikdən sonra evə gedəcəyini deyib, lakin bunun əvəzinə hava limanına yollanıb.
Həmçinin, Əsəd media üzrə müşaviri Buthaina Şaabana zəng edərək, çıxış hazırlamaq üçün onun evinə gəlməsini istəyib. Şaaban evə çatanda, heç kimin orada olmadığını görüb.
Amerika KİV-lərinin məlumatına görə, Əsədin təxliyə əməliyyatı Rusiya xüsusi xidmət orqanları tərəfindən sürətli və təcili şəkildə həyata keçirilib. Bu, Suriya prezidentinin hakimiyyətinin çöküşünün qaçılmaz olduğunu anladıqları anda baş tutub. Rusiya Əsədin ölkəni tərk etməsinə yardım edərək, öz müttəfiqini qorumağa çalışıb. Çünki rejimin çöküşü yalnız Suriya üçün deyil, həm də Rusiya üçün böyük strateji itki olardı.
Musavat.com
19 Aprel 2025
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ