İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsəd ordusu şəhəri BOMBALADI, Türkiyədən KRİTİK açıqlama gəldi: Rusiya və İran uduzur...

Suriyada Bəşər Əsəd rejimi Su-22 qırıcıları ilə İdlib şəhərinin mərkəzinə zərbələr endirib.

Türkiyə mediası məlumat yayıb. İlkin məlumata görə, hava hücumu nəticəsində 3 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb. Bundan başqa, İdlibin şimalındakı Harbanuş kəndindəki çadır şəhərciyinə təşkil edilən hücum zamanı isə 5-i uşaq, 2-si qadın olmaqla, 7 nəfər ölüb, 12 nəfər isə yaralanıb. PKK/YPG terrorçuları ailələri ilə birlikdə Hələbdən Rakka və Menbiçə köçürülür. Teleqram kanallarında görüntülər paylaşılıb. Qeyd edək ki, Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu (Suriya Milli Ordusu) Tel-Rıfatı PKK-çılardan azad edib və Menbiçə hücum edəcəkləri gözlənilir.

Suriyada başlayan münaqişələrin səbəbi 13 ildən çox müddətdə mövcud olan problemlərin həllini tapmamasıdır. Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada iranlı həmkarı Abbas Araqçı ilə birgə mətbuat konfransı zamanı bildirib. O qeyd edib ki, müxalifətin tələblərinin heçə sayılması və hökumətin siyasi prosesə səmimi yanaşmaması xəta olub: “Son olaraq isə, mülki şəxsləri atəşə tutmaları vətəndaş müharibəsini alovlandırdı”.

TVMusavat-ın bu gün saat 16:05-də canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Azad Vətən Partiyasının sədri Akif Nağı ilə gündəmi dəyərləndirir.

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR