Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Vaqarşak Arutyunyanın vəzifədə olduğu günlərin başa çatdığı və onun tezliklə bu vəzifədən geri çağırılacağı barədə şayiələr hələ bir müddət əvvəldən yayılıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli “Hraparak” qəzeti bununla bağlı maraqlı yazı dərc edib.
Saytın yazdığına görə, Vaqarşak Arutyunyanın öz mövqeyində “uzunömürlü olmasının” sirri Rusiya ilə bağlıdır: Moskva ondan narazı olsa da, yeni namizəddən şübhələndiyi üçün fundamental qərar qəbul etmir.
“Səfirlikdə intriqalar nəzərə çarpır. Mənbəmiz bildirir ki, diplomatik nümayəndəlikdə “ikili hakimiyyət” yaradılıb. Birinciyə Vaqarşak Arutyunyanın qardaşı oğlu rəhbərlik edir. O, Arutunyanın həm mühafizəçisi, həm də səfirliyin kölgə rəhbəridir. İkinci komandada isə səfirliyin birinci katibi Artak Qabrielyanın adamlarıdır”, – media yazır.
Artak Qabrielyan isə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanın qayını, yəni həyat yoldaşı Gövhər Abacyanın qardaşıdır. Qabrielyan təxminən altı ay əvvəl “müsabiqə” nəticəsində Ermənistan səfirliyinin birinci katibi təyin edilib. Əvvəllər o, Xarici İşlər Nazirliyinin baş katibi olub. Onun təyinatı isə ümumiyyətlə, qanun pozuntusu sayılır. Çünki Ermənistanın “Diplomatik xidmət haqqında” qanununa əsasən, yalnız azı 10 il iş təcrübəsi olan Xarici işlər nazirliyində belə bir vəzifəni tuta bilər.
Yəni Artak Qbrielyan bu rütbəni yalnız yüksək himayədarlığı və Mirzoyanla sıx əlaqələri sayəsində alıb. Bunu Ermənistanın Rusiya Federasiyasındakı səfirliyində onun üçün xüsusi vəzifənin yaradılması da göstərir”,-deyə sayt bildirir.
“Burada işin maraqlı tərəfi ondan ibarətdir ki, hazırda Ermənistan səfirliyində hakimiyyətin ipini Qabrielyan yox, Vaqarşak Arutyunyanın qardaşı oğlu çəkir. Diplomatik missiyada daha bir nüfuzlu şəxs mədəniyyət mərkəzinin direktoru, Moskvadakı Paracanov teatrının keçmiş direktoru Vladimir Qabbendir. “O, həm də Vaqonu (Vaqarşak Arutyunyan – red.) təmsil edir, səfir və onun qohumu ilə sıx əlaqələrə malikdir”, - deyə sayt yazır.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ