İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın Liondakı keçmiş konsulu istintaqa cəlb olunub

Ermənistanın Lion şəhərindəki keçmiş konsulu Fransanın sabiq prezidenti Nikola Sarkozi ilə müqavilə bağlamasına görə mühakimə olunur.

AZƏRTAC “Mediapart” portalına istinadən xəbər verir ki, Ermənistanın 2019-cu ilədək Lion şəhərində konsulu işləmiş Nikolay Sarkisov və onun qardaşı Sergey Milli Maliyyə Prokurorluğu tərəfindən ilkin istintaqa cəlb olunub. Söhbət Fransanın keçmiş prezidenti ilə 3 milyon avroluq konsaltinq müqaviləsindən gedir.

Qeyd edək ki, 2012-ci il prezident seçkilərində məğlub olduqdan sonra yenidən hüquqşünas olan sabiq fransız prezidenti 2019-cu ildə ümumi məbləği 3 milyon avro olan çoxillik konsaltinq müqaviləsi bağlayıb.

Rusiyanın “Reso-Garantia group” sığorta şirkəti iki erməni milyarder qardaşın nəzarətindədir. Nikolay Sarkisov 2014-2019-cu illərdə Lion şəhərində Ermənistanın baş konsulu vəzifəsində çalışıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR