Onlayn ictimai-siyasi qəzet
Erməni adlı soysuzların anormal məntiqini anlamaq üçün yəqin ki, gərək yalnız erməni olasan. Ya da Makron. Bu səbəbdəndir ki, az qala iki əsrdir Qafqazdakı bu köçmən, mənfur toplum, onun kilsəsi, lobbisi dünyanı bezdirib, hamını “qədim və əzabkeş milləti” düz anlamamaqda suçlayır, bəşəriyyəti özünə borclu bilir.
Keçək mətləbə.
İkinci həftədir Ermənistanda Qarabağın Azərbaycanın tərkib hissəsi saymağın cinayət məsuliyyəti yaratmasını (“Qarabağ Azərbaycandır” deməyə görə 10-15 il həbs!) nəzərdə tutan qanunun qəbulu üçün radikal-revanistlər əl-aya düşüb, “barıt qoxulu” son dərəcə təxribatçı bir imza toplama kampaniyası aparırlar (50 min imza lazımdır ki, parlament məsələyə baxsın). Şəkk-şübhə yox ki, bu təşəbbüs Qarabağı ölkəmizin ayrılmaz tərkib hissəsi sayan beynəlxalq birliyə və beynəlxalq hüquqa, o sırada ABŞ-a və onun sülh gündəliyinə meydan oxumaqdır.
İndi görün Xocalı caniləri – Köçəryan-Sərkisyan cinayətkar tandemi dönəmində Ermənistanın xarici işlər naziri olmuş Livan daşnakı Vardan Oskanyan ad-soyadlı şərəfsiz (o da kampaniyaya qoşularaq imzasını atıb) bizə tərəf nə hürüb?
Deyir, “Qarabağı könüllü olaraq Azərbaycana təslim etsək, dünyanın ən axmaq xalqlarından birinə çevriləcəyik”. Halbuki ay bədbəxt, məhz bunun əksi hayların başdan xəstə yox, az-çox ağıllı tayfa olduqlarına dəlalət edə bilərdi!
Sitat: “Niyə bizim arsenalımızdakı vasitələrdən Qarabağ məsələsində istifadə olunmur? Ermənistan hakimiyyəti Qarabağı Azərbaycana təslim etmək qərarına gəlibmi? Yoxsa bu bizim hakimiyyət orqanlarının fantaziyasıdır? Bu hakimiyyət bizi axmaq sayır, ya özləri belə axmaqdırlar? İnanın ki, Qarabağı könüllü olaraq Azərbaycana təslim etsək, dünyanın ən axmaq xalqlarından biri sayılacağıq”.
Oskanyanın iddiasına görə, Qarabağın Azərbaycana verilməsi sülh gətirə bilməz. Bəs nə gətirə bilər, “miatsum?
“Paşinyan bu sənədi imzalasa, gələcək münaqişələrin toxumlarını səpəcək. Bu yük gələcək nəsillərə ötürüləcək. Biz Qarabağı itirə bilmərik (?!- Z.S.), amma məntiqli və çevik olmalıyıq”, - eks-nazir sarsaqlamağa davam edib.
Nə deyəsən, öz xalqının başına “miatsum” sərsəmləməsi ilə bunca müsibətlər gətirdikləri hələ də vecinə deyil bu erməni avantüristlərin. Nə yazıq ki, onlar hələ də siyasət meydanında utanmazcasına varlıqlarını sürdürürlər...
Axı Qarabağı Azərbaycana könüllü vermək və ya “Biz Qarabağı itirə bilmərik” nə demək? Sizdən nəsə asılı bir şeymi var, qalıbmı? Qarabağ sizdədirmi ki, hələ bir onu bizə “bağışlayıb-bağışlamamaq”, “verək-verməmək” barədə isterika, ağlaşma qurmusunuz?
Qarabağ beynəlxalq hüquqla çoxdan Azərbaycanın tərkib hissəsidir. Lap Ermənistanda yüz referendum, min imza toplama kampaniyası təşkil edin. Onların heç biri təbii ki, legitim sayılmayacaq. Çünki beynəlxalq hüquqa, BMT Nizamnaməsinə daban-dabana ziddir.
Necə ki, Qarabağda 1991-də keçirdiyiniz “referendum”un nəticələrini dünya qəbul eləmədi və Azərbaycan həm də bunu əsas götürərək, öz ərazilərini zor gücünə azad elədi.
Yenə eyni hoqqabazlığı davam etdərsiniz, qazancınız yalnızca daha bir yağlı “dəmir qapaz” olacaq. Əmin olun. Üstəlik, bu dəfə Ermənistanın öz mövcudluğu sual altına düşəcək.
Əgər bunu özünü guya savadlı və təcrübəli diplomat sayan, qlobal siyasətdən anlayan, beynəlxalq hüquqdan azca başı çaxan Oskanyan da hesablaya bilmirsə, vay olsun hay qəbiləsinin halına! Nəsibiniz beləcə, həmişə zəlalət olsun! Hər xalq öz rəhbərinə və ziyalısına layiqdir...
Zahid SƏFƏROĞLU
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ