İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda televiziya rəhbəri saxlanılıb

Mülki geyimli dörd nəfər naməlum şəxs “Yerkir Media” teleşirkətinin direktoru Baqrat Yesayanın ofisinə gələrək heç bir izahat vermədən onu naməlum istiqamətə aparıb.

AZƏRTAC Ermənistan mediasına istinadla bildirir ki, bunu Baqrat Yeseyanın vəkili Vahe Yeprikyan bildirib.

Vəkilin sözlərinə görə, televiziya əməkdaşlarının axtarışından sonra Yeseyanın milli təhlükəsizlik xidmətinə aparıldığı məlum olub.

Təqsirləndirilən şəxsin vəkili müvəkkilinə qarşı iki il əvvəl cinayət işi açıldığını, lakin indiyədək hüquq-mühafizə orqanları tərəfindən harasa dəvət edilmədiyini, baş verən insidentin Baqrat Yeseyanın peşə və ictimai fəaliyyəti ilə əlaqədar olduğunu deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR