İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda SORĞU: “Ölkə düzgün yolla getmir”

Ermənilərin yalnız 17%-i ölkənin daxili siyasətinin düzgün yolda olduğuna inanır, 44%-i isə ölkənin yanlış istiqamətdə getdiyinə əmindir.

Konkret.az xəbər verir ki, bu barədə “Qafqaz Barometri”nin 2021-ci il üçün sorğusunda deyilir.

Qafqaz Araşdırmaları Resurs Mərkəzinin direktoru Lilit Ezekyan qeyd edir ki, 2019-cu ildə “məxməri inqilab”dan bir il sonra respondentlərin 67%-i ölkənin düzgün yolda olduğuna inanıb, əslində dörd il sonra bu rəqəm 4 dəfə azalıb.

Bununla belə, eyni araşdırma onu da göstərir ki, respondentlərin əksəriyyəti “ümid sonuncu ölür” prinsipi ilə yaşamağa davam edir: 78% Ermənistanda hər şeyin yaxşı olacağına əmindir.

“Cəmi 47% belə düşündüyü 2017-ci ildən fərqli olaraq, bu gün müharibədən sonrakı vəziyyətə baxmayaraq, insanlar daha nikbindir. Burada, əslində, bir-birini istisna edən, əlavə təhlilə ehtiyacı olan rəqəmlər var”, – Ezekyan bildirib.

Sorğu onu da göstərib ki, Rusiyaya inam ildən-ilə azalır: 2013-cü ildəki 83%-dən 35%-ə düşüb.

“Hazırda Ermənistanın əsas problemi nədir?” sualına respondentlər “ölkədə sülh yoxdur” cavabını veriblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR