İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda şəhər meri saxlandı

Mayın 4-ü axşam saatlarında Çəmbərək şəhərinin meri Vazgen Adamyanın və patrul əməkdaşlarının iştirakı ilə əlbəyaxa dava olub.

Musavat.com bildirir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan açıqlama verib. Bildirib ki, faktla bağlı xuliqanlıq və patrul işçilərinə qarşı zor tətbiqini nəzərdə tutan cinayət işi başlanıb.
Proseslər çərçivəsində hadisə yerindən 3 nəfər saxlanılıb, onlardan biri Çəmbərək şəhərinin meridir”, - Abramyan bildirib.

Yerli media xəbər verir ki, Vazgen Adamyan avtomobildə əyləşərkən patrul əməkdaşları ona yaxınlaşaraq sənədləri təqdim etməyi, həmçinin ayıqlıq testindən keçməyi tələb ediblər. Adamyan izah edib ki, maşın sürmür, heç bir qayda pozuntusuna yol vermir, sadəcə maşında oturur, niyə imtahan verməlidir. Mübahisə başlayıb, davaya çevrilib. Onların öhdəsindən gələ bilməyəcəklərini görən patrulçular xüsusi təyinatlıları çağırıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR