İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda SƏFƏRBƏRLİK çağırışı başladı – azyaşlılar orduya cəlb olunur – Ədalət Verdiyevlə CANLI-da

Azərbaycan bütün Ermənistan sərhədi boyunca güclənir. Bu iddia ilə Ermənistan parlamentinin eks-deputatı Arman Abovyan çıxış edib. O, guya Azərbaycanın bu istiqamətlərdə Ermənistan daxilinə zərbə endirilməsinə hazırlıq üçün minibazalar qurduğunu iddia edib.

Abovyan Paşinyan hakimiyyətinin məhz buna görə qorxuya düşdüyünü söyləyib:

“Hakimiyyət yaxınlaşan fəlakət qarşılığında nə edir? Səfərbərlik elan edirmi? Yox. Təcili silah alırmı? Yox. Əhalini yeni eskalasiyaya hazırlıq üçün informasiya siyasəti aparırmı? Yox, əksinə özünün dezertirlər, 5-ci kolon, satqınlar bəyanatları ilə hər şeyi edir ki, insanların Azərbaycana qarşı müqavimətini qırsın. Paşinyan hakimiyyəti müttəfiqlərlə qarşılıqlı fəaliyyət üçün işlənmiş bütün prinsipləri aktiv formada məhv edir. Yəni Ermənistan hakimiyyəti bizi müqavimətə yox, məğlubiyyətə hazırlayır”.
Qeyd edək ki, rəsmi Bakı heç bir ölkənin torpağında gözü olmadığını daha əvvəl dəfələrlə bəyan edib və sülh prosesinə sadiq qaldığını açıqlayıb.
Ermənistan hökuməti azyaşlıları orduya cəlb etməklə məşğuldur. Teleqram kanallarında erməni uşaqlarına poliqonlarda atış təlimlərinin keçirilməsini göstərən videolar yayılıb.
Videolarda oğlanlarla yanaşı, qız uşaqlarının da təlimlərə cəlb olunması əks olunur.

İrəvanın ümumi yuridiksiya məhkəməsi azərbaycanlı hərbi əsirlər – Aqşin Bəbirov və Hüseyn Axundov barəsində həbs qərarı çıxarıb. Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Aqşin Bəbirov və Hüseyn Axundov Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər.
Erməni tərəfi hərbçilərimizi bir qrup şəxs tərəfindən qabaqcadan razılaşdırılaraq dövlət sərhədini qanunsuz keçməkdə, silah-sursat qaçaqmalçılığında və qanunsuz dövriyyəsində ittiham edirlər.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Ədalət Verdiyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR