İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda qalmaqallı oğurluq: Paşinyanın mətbuat katibinin evi qarət olundu

Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryanın İrəvandakı evi qarət edilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, oğurluq bir neçə gün əvvəl Aşapnyak rayonunda baş verib və böyük məbləğdə pul oğurlanıb.

Hadisədən sonra Nikol Paşinyan şəxsən polis və DİN rəhbərlərinə ev oğurluqlarının araşdırılması ilə ciddi məşğul olmağı tapşırıb. Artıq cinayətdə şübhəli bilinən bir qrup şəxs zərərsizləşdirilib.

Bu insident Ermənistanda geniş rezonans doğurub və təhlükəsizlik məsələlərini gündəmə gətirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR