İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda müharibə ilə bağlı 2000-dən çox cinayət işi başlanılıb

Ermənistanda 44 günlük müharibə ilə bağlı 2000-dən çox cinayət işi başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Ermənistan İctimai televiziyasının reportajında yer alıb.

Məlumata görə, bu cinayət işlərindən 5-i dövlətə xəyanət ittihamı ilə bağlıdır.

Məhkəməyə isə təqribən 80 cinayət işinin göndərildiyi bildirilib.

Bununla yanaşı, 800-dən çox insan təqsirləndirilən şəxs qismində cəlb olunub:

“Onlar sırasında Silahlı Qüvvələrin Baş Qərargahının idarəsinin keçmiş rəisi, Baş Qərargahın sədrinin keçmiş müavinləri, hərbi hissələrin 10-dan çox komandiri, eləcə də komandirlərin müavinləri və digərləri var”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR