İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistanda etnik türklərin rızası olmadan heç bir hökumət qurula bilməzdi…” - Partiya sədrindən İLGİNC AÇIQLAMA

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın son günlər yayılmış videosu böyük müzakirələrə səbəb olub. Levon 1993-cü ildə, Ağdamın işğalından həmən sonda erməni terror qruplarının qarşısında çıxış edib. Bu çıxış indi yayılıb, gizli saxlanılırdı. Ter-Petrosyanın sözləri münaqişənin əsl səbəblərini, kimin tərəfindən düşünülüb nə üçün icra edildiyini açıq şəkildə bildirir.

Musavat.com-un məlumatına görə, bunu ReAL Partiyasının sədri Natiq Cəfərli bildirib.

Partiya sədri xatırladıb ki, sovet-rus-erməni ideoloqlarının əsas məqsədi Qarabağın işğalı deyildi, bu ikinci dərəcəli, “alınsa, əla olar”, yanaşması idi:

“Əsas məqsəd indiki Ermənistan ərazisindən 250 minə yaxın türkün (azərbaycanlının) qovulması, Ermənistanın monoetnik ölkəyə çevrilməsi idi. Bu ali məqsədləri üçün rus-erməni ideoloqları Azərbaycan ərazisində yaşayan 300-350 min erməni əsilli vətəndaşlarının taleyini qurban verdilər – bunun da səbəbi var idi.

676feee1c34f4676feee1c34f5173538.jpg (311 KB)

Ter-Petrosyan məlumun elanını edir – sözlərinin “tərcüməsi”, məğzi budur ki, əgər biz türkləri indiki Ermənistan ərazisindən qovmasaydıq, müstəqil dövlət ola bilməzdik, demokrafik “çuxura” düşən etnik ermənilər bir gün ayılacaqdırlar ki, 15-20-25 ilə indiki Ermənistan ərazisində türklərin sayı 500 mini keçəcəkdi və türklər Zəngəzur daxil daha 4 bölgədə say etibarı ilə etnik ermənilərdən qat-qat çox olacaqdı ki, bu da Ermənistanın strateji maraqlarına ziddi olardı. Bundan başqa, Levon etiraf edir ki, indiki Ermənistan ərazisindən türkləri qovanda onlar anlayırdılar ki, Azərbaycanda yaşayan etnik ermənilər təhlükəyə düşəcəklər və onlar indiki Ermənistana qaçacaqlar. Yəni, rus-erməni ideoloqları bilərəkdən etnik erməniləri təhlükə altına atdılar və nəticədə, təqribən, 200-250 min erməni Azərbaycandan Ermənistana köçdü ki, bu da onların demoqrafik problemlərinin həllində mühüm rol oynadı”.

Partiya sədri ardınca bu məsələyə bir az geniş baxmağı zəruri sayır: “1988-ci ildə Ermənistan əhalisi 3 463 600 nəfər olub, 1993-cü ildə isə 3 463 700 nəfərə çatıb – gürürsünüz ki, cüzi fərq var. Yəni, Ermənistan 5 ildə 250 minə yaxın türkü vəhşicəsinə qovub, əvəzində, təxminən, bir o qədər ermənini qəbul edib. 2023-cü ildə Ermənistanın rəsmi əhalisi 2 990 900 olub, 2024-cü ildə isə 3 039 700 nəfər elan ediblər. Yəni, Xankəndi və ətrafında antiterror əməliyatını keçirdikdən sonra 1 ildə Ermənistan əhalisi cəmi 48800 nəfər artıb.

Əgər rus-erməni ideoloqları 1988-ci ildə vəhşi müharibəyə başlamasaydılar, Azərbaycan və Qarabağdan bu ölkəyə köçən olmasaydı, bu gün Ermənistanda əhalinin sayı 1,5-1,8 mln. nəfərə yaxın, onlarında, təxminən, 30%-i türklərdən ibarət olardı.

Qarabağ işğalının, bu vəhşi müharibənin əsl səbəbi 2025-ci ildə belə bir mənzərənin yaranmasına imkan verməmək idi. Doğrudur, müharibə olmasaydı Azərbaycanda da erməni əsilli əhali olacaqdı (zətən indi də 25-30 minə yaxın var), amma onlarda təbii artımın daha az olduğunu və xaricə köç meyillərinin (öz qohumlarının yanına) nəzərə alsaq, bu gün Azərbaycanda, maksimum, elə münaqişə başlayan dövrdə olan qədər, yəni, təxminən, 200-250 min erməni əsilli vətəndaşımız olardı – bu isə, əhalimizin, ən yaxşı halda, 4-5%-ni (əgər Ermənistandan da türklərin köçməyəcəyini nəzərə alsaq, indi bizdə 10 mln. deyil, 8-8,5 mln. əhali olacaqdı) təşkil edəcəkdi. İndi özünüz düşünün – Ermənistanda 30% türk nələrə qadir olardı, Azərbaycanda 3-4% erməni nə edə bilərdi?! Məsələ budur”.

N.Cəfərli bildirib ki, Ermənistanda etnik türklərin rızası olmadan heç bir hökumət qurula bilməzdi, heç bir seçkini onların maraqlarını iqnor edən partiya uda bilməzdi: “Nədən rus-erməni ideoloqları deyirəm – hər şeyi qoyaq kənara, Levon Ter-Petrosyanın indiki Suriya ərazisində doğulması, ailəsinin SSRİ-yə köçməsi o zamandan bu ailənin “KQB” nəzarətində, ya da agent olduqlarını göstərir.

d983726d-6616-35a1-996d-814a5c42.jpg (102 KB)

Çünki, 1946-da Suriyadan ermənilər çoxu Fransaya köçürdü, amma Ter-Petrosyan ailəsi SSRi-yə gətirildi. Levonun özü Leninqrad şəhərində təhlil alıb, şərqşünaslıq öyrənib, o zaman bu məsləkdə olanların çoxu elə “KQB”-yə bağlı idi. Həyat yoldaşı etnik rus Lyudmila Pliskovskaya adlı şəxs idi – o da “KQB” ailəsindən çıxmışdı. Yəni, Levon göydən zənbillə Ermənistana düşüb prezident olmadı – onu “KQB” yetişdirib erməni ideoloqlarının Ermənistanı türklərdən təmizləmə ideyasının “meneceri” təyin etdilər”.

ReAL sədri daha sonra bildirib: “Məsələni daha da dərinləşdirmək olar, amma nəticədə erməni-terrorçu ideoloqlarının düşünülmüş siyasəti nəticəsində hər iki xalq böyük qurbanlar verdi. Azərbaycan Dövləti, Ordusu qamətimizi düzəltdi, işğala son verib ərazi bütövlüyümüzü təmin etdi və bu qanlı müharibə əhali mübadiləsi ilə yekunlaşdı. Bir çox müharibələr ərazi mübadiləsi, və ya, sərhədlərin dəyişməsi ilə nəticələnir, amma tarixdə əhali mübadiləsi ilə bitən münaqişələr də olub. Ermənilərin Qarabağ avantürası da insanların faciələri ilə dolu olan əhali mübadiləsi ilə sona çatdı...”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR