İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda deputatla qubernator dalaşıb?


"Mənim qubernatorla savaşdığım barədə xəbərlər doğru deyil".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Ayk Sərkisyan yerli jurnalistlərlə söhbətində deyib. Erməni deputat yerli mətbuatda onun Tavuş qubernatoru Ayk Qalumyanla savaşdığı barədə çıxan xəbərlərə reaksiya verib.
Sərkisyanın sözlərinə görə, onunla Tavuş qubernatoru arasında heç bir çəkişmə belə olmayıb. Dava ilə bağlı suala Sərkisyan belə cavab verib: “Bizim partiyamızda özümüzü, hakimiyyəti, hökuməti və ya parlamentdəki bəzi həmkarlarımızın fəaliyyətini danışıb tənqid edəndə özünütənqid deyilən bir format var”.

Qeyd edək ki, yerli media Artur Sərkisyanın Tavuş qubernatorunu meşələri qırmaqda suçladığı barədə xəbərlər yayıb.

Erməni deputata bununla bağlı danışdığını, lakin qubernatoru tənqid etmədiyini söyləyib. Çünki onun fikrincə, meşələr qubernatorun deyil, Ekologiya Nazirliyinin səlahiyyətindədir.

Xatırladaq ki, Paşinyanın partiyasından olan digər deputat Ovik Ağazaryan Ermənistanın İstintaq Komitəsinin sədri ilə parlament iclasında dava salmı, nəticəsində partiyasından qovulmuşdu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR