İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasını istəyirsə...” - Politoloq

“Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın BMT Baş Assambleyasında iştirakı çərçivəsində Nyu-Yorkda, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməsi o demək deyil ki, Ankara İrəvanla münasibətləri qeyd-şərsiz normallaşdırmağa, sərhədləri açmağa və diplomatik münasibətləri bərpa etməyə hazırdır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunu Musavat.com-a açıqlamasında söyləyib.

Analitikin sözlərinə görə, Ankara İrəvanla dialoqu davam etdirməklə yanaşı, başlıca şərtini vurğulamağı unutmur: “Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasını istəyirsə, ilk növbədə Azərbaycanla məsələləri həll etməlidir, yəni sülh sazişi imzalanmalıdır. Bu olmadan Ankaranın İrəvanla Sürix protokollarına bənzər sənədin imzalanmasını ehtimal etmirəm”.

E.Şahinoğlu əminliklə bildirib ki, Ankara Azərbaycanla strateji müttəfiqliyi Ermənistanla qeyd-şərtsiz münasibətlərin normallaşmasına qurban verməz: “Ankaranın İrəvanla davam etdirdiyi dialoqda ABŞ-ın vasitəçiliyinə ehtiyacı yoxdur, tərəflər birbaşa dialoqu davam etdirirlər. Əlbəttə, Vaşinqton Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmadan da Ankara ilə İrəvan arasında bütün məsələlərin həllini istəyir, ancaq bu, hazırki şərtlər daxilində mümkün deyil”.

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR