Onlayn ictimai-siyasi qəzet
“Bu gün erməni cəmiyyətində belə bir fikir formalaşıb ki, hazırkı hakimiyyətin sülhə aparacaq real təhlükəsizlik baxışı yoxdur. Çox vacib olan odur ki, insanlar üçüncü qüvvə olmadan Ermənistanın Azərbaycanla uzunmüddətli sülh əldə edə biləcəyinə ümid etmirlər”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli sosioloq Artur Paronyan danışıb.
Erməni ekspertə görə, Rusiya Ermənistan üçün təhlükəsizlik baxımından ən etibarlı ölkə olaraq qalır.
“Əksəriyyət heç kimin xeyrinə qərar verə bilməz, amma qərar verənlərin əksəriyyəti Rusiyanın tərəfindədir. Son 1-1,5 ildə Ermənistanda Rusiyanın reytinqinin artması onunla bağlıdır ki, nə ABŞ, nə də avropalılar təhlükəsizlik zəmanəti verə biliblər. Əhalinin 76%-i Rusiya ilə əlaqələri kəsməyin zəruriliyinə qəti şəkildə əmin deyil. Onların yarısı əmindir ki, Rusiya ilə münasibətləri bərpa etmək lazımdır. Paşinyan hökuməti isə son dərəcə anti-Rusiya xətti yürüdür və uduzur. Həddindən artıq rusiyapərəst xətt də dominant deyil, lakin dominant xətt ondan ibarətdir ki, Ermənistanın təhlükəsizliyi Rusiyadan asılıdır”, - deyə erməni sosioloq qeyd edib.
Musavat.com
17 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ