İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan prezidentindən baş kəşfiyyatla bağlı sərəncam

Polkovnik Samvel Movsisyan Ermənistan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi - Baş Qərargah rəisinin müavini təyin edilib. Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Məlumata görə, təyinatla bağlı sərəncamı baş nazir Nikol Paşinyanın təklifi ilə prezident Vaaqn Xaçaturyan imzalayıb.

Ötən həftə erməni ordusunda 15 hərbçinin diri-diri yanmasından sonra bu təyinatla bağlı qərarın verilməsi diqqət çəkir. Qeyd edək ki, Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifəsi uzun müddət boş qaldıqdan sonra buraya təyinat oldu. Baş Qərargah rəisinin müavini vəzifəsini tutan Arakel Martikyan isə prezidentin sərəncamı ilə poztundan uzaqlaşdırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR