İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentinin spikerindən Azərbaycana həqarət – İt həyatı yaşayanlar...

Ermənistan parlamentinin sədri Alen Simonyan bu gün Qarabağdakı oyuncaq “parlament”in yeni “seçilmiş” “sədri”ni - daşnak David İşxanyanı təbrik edib. Erməni mediasının yazdığına görə, telefon zəngi təşəbbüsü Simonyandan gəlib.

“Simonyan öz həmkarına bu mürəkkəb dönəmdə məsuliyyətli vəzifəsində uğurlar arzulayıb. Həmsöhbətlər gələcək əməkdaşlıq məsələlərinə də toxunublar” – məlumatda bildirilir.

İndi bu, Azərbaycanın daxili işlərinə qarışmaq, ərazi bütövlüyü və suverenliyimizə həqarət, bizə qarşı ərazi iddiası deyilsə, nədir? Bəs “Qarabağ Azərbaycandır” deyirdiniz...

Görəsən Ermənistanın ikinci rəsmi şəxsi separatçı-daşnak ünsürü ilə hansı “gələcək əməkdaşlıq”dan dəm vurur, əgər tezliklə Qarabağda saxta “dövlət atributları”nın axırına çıxılacaq, İşxanyan çaplı bandit-cinayətkarlar bir-bir qandallanacaqsa?!

İşə bax, Bakı öz suveren haqqına istinadla ərazisindəki qondarma təsisatların ləğvini tələb edir, Ermənistan parlamentinin spikeri isə saxta “spiker”i təbrik edir. İki ölkə arasında etimad mühitinin yaradılmasına çalışmaq əvəzinə, Qarabağda erməni separatizminə yeni nəfəs verir, quldur-banditləri üstümüzə qızışdırır, ocağa yağ tökür. Bir yandan da dil boğaza qoymadan, sırtıqcasına beynəlxalq hüquqdan danışırlar...

Əlbəttə, biz iqtidarlı-müxalifətli hansı xəbis və mənfur tayfa ilə qarşı-qarşıya olduğumuzun yaxşı fərqindəyik. Bilirik ki, kapitulyant tərəfə 5 məlum baza prinsipi əsasında sülh müqaviləsi imzalamaq asan olmayacaq. Amma enində-sonunda imzalayacaqlar. Çünki ayrı yolları yoxdur. Ayrı yol, cığır saxlamamışıq onlara.

Ona qədər isə it dəftərində belə adı olmayan “arsax”ın xəyalı ilə yaşaya, “dövlətcik” oyununa davam edə bilərlər. Qoy bir az da özlərini “iki erməni dövləti” şousu ilə təsəlli verib ovundursunlar...

İt demiş, keçən həftə amerikalı qaradərili reper, prodüser və aktyor Snup Doqun 23 milyon dollar qarşılığında İrəvanda konsert verəcəyi xəbəri sosial şəbəkənin erməni seqmentində ciddi narazılıq doğurmuş, yerli “Hraparak” qəzeti isə vəziyyəti irqçi bir cümlə ilə belə ifadə eləmişdi: “Bizə it (“Doq” - ingiliscə “it” deməkdir) lazım deyil, onsuz da itin günündəyik”.

Həqiqətən də, Ermənistan və əhalisi miskin bir durumda, it günündədir. Bəs günahkar kim? Əlbəttə ki, hay adlı məxluqların özləri, öndə gedənləri. Günahkar 44 günlük müharibə zamanı iti qovan kimi qovduqlarımızın hələ də Azərbaycana, Türkiyəyə qarşı bitməyən ərazi iştahası. Sarsaq “miatsum”a görə yağlı “dəmir qapaz” yeyənlərin iki əsas qonşu ilə anlaşıb dinc-yanaşı yaşamaq istəməməsi, uzadılan barışıq əlini havada saxlaması.

Amma it günündən qurtulub ağ günə çıxmaq yerinə haylar nə edir 3 ildir? Ayaqyalın dişləri üzərinə çıxdıqları dırmığın üzərinə təzədən çıxırlar. Alen Simonyan kimi. Belə liderləri, spikerləri olan toplumun, ölkənin “izqoy” durumdan çıxması mümkünmü?! Əsla.

Deyirlər, “hər şər işdə, bədbəxtçilikdə bir xeyir başlanğıcı var”. Amma hikmət sahibləri üçün. Əfsus ki, bu müdrik kəlamın da ermənilərə dəxli yoxdur. Çünki öncə gərək rasional təfəkkürlü, adekvat düşüncəli fərd, millət olasan. Kəllə qutusunun içində peyin yox, beyin gəzdirəsən! Vəhşi qəbilə “dəyərləri”ndən dürüst qonşuluq, halal yaşamaq kimi bəşəri dəyərlərə malik xalqa çevriləsən...

Adama deyərlər, kim sizi it gününə qoyub? Nə vaxtadək yerə-göyə sığmayan təkəbbürünüzün, yalançı qədimlik və böyüklüyünüzün (“Maniya veliçiya”) əsiri olacaqsız? Zərrəcə haqq eləmədiyiniz, tarix boyu başqa xalqlara nökərçilik elədiyiniz, qaraçı həyatı sürdüyünüz halda, qonşu aborigen və köklü millətlərə yuxarıdan aşağı baxacaqsınız?

Doğrudan da Allah birini cəzalandıranda öncə onun ağlını əlindən alar. Həm də istəsə, toplum şəklində... 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR