İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentinin sədri: "Sergey Lavrovun bəyanatına reaksiya verməyi lüzum görmürəm"

“Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun Qarabağ problemi ilə bağlı bəyanatına reaksiya verməyi lüzum görmürəm”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu fevralın 7-də Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində bildirib.

“Nəyə reaksiya verək? Düşünürəm ki, hər şey aydındır, bu, indi müdaxilə etməyə ehtiyac olmayan bir prosesdir. Ümumiyyətlə, bizim üçün yeni heç nə səslənmədi. Biz necə reaksiya verək, bəyan edək ki, hər şey həmişə dediyimiz kimidir.”, - deyə, Simonyan bildirib.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın uzun müddət Azərbaycanın 7 rayonunu işğal etdiyini, Bakının isə torpaqlarını geri qaytardığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR