İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentini spikeri müxalifəti və ruhaniləri hədələdi

Deyəsən müxalifətə fəal dəstək verən şirkətlərdə payımız olmadığımız üçün günahkar olmuşuq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Milli Assambleyasının mayın 4-də keçirilən iclasında bu sözləri sərf edib.

Alen Simonyan bununla ölkə müxalifətinin genişmiqyaslı etiraz aksiyalarına şərh vermiş olub.

Erməni spikerin sözlərinə görə, həmin şirkətlər siyasi mövqelərini ifadə etməkdən belə çəkinmirlər: “Bir vaxtlar həm bu şirkətlər, həm də məşhur şou-biznes ulduzları cınqırlarını belə çıxara bilmirdilər. 1 mart (2008) hadisələrindən sonra bəzi ruhanilər qara paltarlarının altından burunlarını çıxarmağa qorxurdular. Bəli, bizim günahımızdır. Əminəm ki, nəticələr çıxarılacaq. Bütün bu qruplar mənim bu dediklərimlə yaxından tanış olacaqlar”, - deyə parlament sədri adları çəkilən kəsimləri hədələyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR