Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentində Azərbaycanla bağlı yeni gərginlik yaşanıb.
Musavat.com xəbər verir ki, müxalifət deputatı Geqam Manukyan hökuməti kəskin tənqid edərək iddia edib ki, artıq ölkənin iqtisadi siyasəti Azərbaycan Prezidentinin bəyanatlarına uyğun şəkildə formalaşır.
Deputat parlamentdə çıxışı zamanı açıq şəkildə soruşub: “Ermənistanın iqtisadiyyat naziri?” Manukyanın bu sözləri İrəvan siyasi dairələrində çaşqınlıq yaradıb. O bildirib ki, Prezident İlham Əliyev Qazaxıstan lideri Kasım-Jomart Tokayevlə görüşündə Qazaxıstan buğdasının ilk dəfə Azərbaycan üzərindən Ermənistana göndəriləcəyini açıqlayıb və yalnız bundan sonra Ermənistanın iqtisadiyyat naziri Gevork Papyan həmin məlumatı təsdiqləyib.
Bu açıqlama əslində Ermənistanın iç dünyasında hökm sürən qorxu və etiraf psixologiyasını açıq göstərir. Azərbaycan Prezidentinin regionda dediyi hər bir sözün dərhal İrəvanda gündəm olması, Azərbaycanın iqtisadi və siyasi təsirinin artıq danılmaz həddə çatdığını göstərir.
Reallıq budur ki, Ermənistan iqtisadiyyatı illərlə blokada şəraitində qalıb və ölkə rəhbərliyi Azərbaycanın razılığı olmadan regional layihələrdə iştirak edə bilmir. Bu gün Bakı artıq regionda oyunqurucu dövlət statusunu tam təsdiqləyib. Manukyan kimi siyasətçilərin açıqlamaları da Ermənistanın bu reallığı qəbul etməyə məcbur qalmasının bariz nümunəsidir.
Beləliklə, İlham Əliyevin bir cümləsi ilə İrəvanda başlayan narahatlıq, Azərbaycanın Cənubi Qafqazdakı gücünü bir daha ortaya qoyur. Ermənistan cəmiyyətində “Azərbaycan olmadan inkişaf mümkün deyil” fikrinin tədricən kök salması artıq prosesin geri dönüşünün olmadığını göstərir.
Cənubi Qafqazın tək gücü var-Azərbaycan və onunla hesablaşmaq lazımdır.
Musavat.com
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ