Onlayn ictimai-siyasi qəzet
Bu gün, oktyabrın 17-də İrəvanda, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının işinin reqlamenti, eləcə də Ermənistanın Müstəqillik Bəyannaməsi ilə bağlı parlament dinləmələri keçirilir.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Dinləmələr “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının təşəbbüsü ilə çağırılıb. Müzakirələrdə müxalifət və hökumətyönlü deputatlar, hökumət nümayəndələri, ekspertlər, hüquqşünaslar, həmçinin “Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan iştirak edir.
Qeyd edək ki, Azərbaycanın sülh müqaviləsi üçün əsas şərti Ermənistanın müstəqillik bəyanatında və konstitusiyasında ölkəmizə qarşı əksini tapan ərazi iddialarının çıxarılmasıdır.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ