Onlayn ictimai-siyasi qəzet
“Ermənistanın qonşu ölkələrə qarşı ərazi iddialarından əl çəkməməyi, Azərbaycanla sülh müqaviləsi imzalamaqdan yayınması onun bir dövlət kimi iflasını qaçılmaz edəcək”.
Bu barədə Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistana böyük enerji, iqtisadi layihələrdə iştirak edə bilməsi, Cənubi Qafqaz regionunda dağıdıcı deyil, inkişaf yolunu seçməsi üçün mesajlar verib, xilas yolunun nə olduğunu göstərib.
Ancaq təəssüf ki, Ermənistan dövləti və cəmiyyəti həmişəki yanlış mövqedən imtina etmək niyyətində olmadığını nümayiş etdirib və bu gün də etdirir: “30 il Azərbaycanın ərazilərinin bir hissəsini işğalda saxlaması ilə onsuz da Ermənistan özünü regiondakı meqa layihələrdən, enerji layihələrindən təcrid vəziyyətinə salmış, uçurumun bir addımlığına gətirib çıxarmışdı. Ümidlər var idi ki, 2020-ci ildə 44 günlük müharibədəki ağır məğlubiyyətdən sonra Ermənistan hakimiyyəti və cəmiyyəti reallıqlara ayıq başla yanaşacaq və düzgün qərarlar qəbul edəcək. Lakin təəssüf ki, ermənilər 44 günlük müharibədə təpələrinə endirilən yumruqdan da ayılmadılar. Azərbaycanın Xankədni və digər ətraf əraziləri yenə də işğalda saxlandı. Ona görə də Azərbaycan 2023-cü ilin sentyabrında bir günlük anti-terror əməliyyatı keçirərək Ermənistan ordusunun qalıqlarını və terrorçu dəstələri ərazimizdən çıxardı. Ermənistan bundan da dərs götürmədi. İşğalçılıq əhval-ruhiyyəsi hələ də erməni cəmiyyətində qalır. Artıq son bir ayda xüsusilə artdığı müşahidə olunur. Hər gün şərti sərhəddə Azərbaycan ordusunun mövqelərinə atəş açılır, müxtəlif təxribatlar törədilir”. Deputat onu da deyib ki, Ermənistanın silahlanması, hücum silahları əldə etməsi onu ənənəvi işğalçılıq siyasətinə qayıtmağa həvəsləndirir. Ancaq unutmasınlar ki, bu dəfə müharibə başlasalar bir dövlət kimi mövcudluqları susl altına düşəcək. 30 illk işğlaçılıq siyasəti Ermənistan dövətini onsuz da regional böyük enerji layihələrindən, iqtisadi layihələrdən kənarda qoymuş və nəticədə Ermənistan tamamilə kənar dövlətlərə möhtac qalan dövlətə çevrilmişdi. İndi isə belə görünür ki, ermənilər bu acınacaqlı vəziyyətdən xilas olmaq deyil, daha da ağır vəziyyətə düşümək yolunu seçirlər”.
Etibar Seyidağa,
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ