İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan bu ölkə ilə diplomatik münasibətləri quracağına ümid edir

"Ermənistan hakimiyyəti Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətləri quracağına ümid edir".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, son illər Ermənistanın xarici işlər naziri Səudiyyə Ərəbistanının rəsmiləri ilə iki dəfə görüşüb, telefon danışığı aparıb: “Çoxsaylı işgüzar müzakirə olub”.

Baş nazir bildirib ki, münasibətlərdə irəliləyiş var: “Yaxın zamanda Ermənistanla Səudiyyə Ərəbistanı arasında rəsmi diplomatik əlaqələr qurulacağına ümid edirəm. Bu, çox vacib hadisə olacaq”.

Nikol Paşinyan qeyd edib ki, sentyabradək Əl-Riyada mövsümü təyyarə reysləri reallaşıb: “Gələn il bunun davamlı olacağına ümidvaram”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Ermənistanla heç vaxt diplomatik münasibət qurmayıb.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR