İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan 2022-ni belə sonlandıra bilər - 400 nəfərlik planla bağlı ŞOK DETALLAR

"Praqada Avropa Siyasi Birliyinin formalaşdığı tədbirdə Azərbaycan və Ermənistan liderləri arasında mühüm görüş keçirildi. Görüşün nəticəsinə uyğun olaraq Ermənistan ərazisində Avropa İttifaqının 40 nəfərlik müşahidə missiyasının yerləşdirilməsi haqqında qərar qəbul olundu. Daha sonra Astanada MDB dövlət başçılarının zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, əvvəlcə 40 nəfərdən ibarət olan missiyanın 50 nəfərə çevrilməsi təəccüb doğurur. Digər tərəfdən, hazırda Ermənistanın bu missiyanın 400 nəfərdən ibarət olacağı ilə bağlı istəkləri var".

Bunu Musavat.com-a politoloq İlyas Hüseynov deyib.

yap_ilyas_140320.jpg (91 KB)

Politoloqun sözlərinə görə, nəzərə almaq lazımdır ki, sərhəd zolağı çox böyükdür və bir sıra mübahisələr var:

"Arzuolunandır ki, bu missiya sərhəd zolağının müəyyənləşdirilməsini, onun delimitasiyası və nişanlanmasını həyata keçirməkdə kömək olsun, delimitasiya komissiyasının işi səmərəli nəticələnsin. Lakin əgər 400 nəfərdən ibarət mülki missiya adı altında keçmiş hərbçilərin, xüsusi xidmət orqanlarının əməkdaşlarının və yaxşı təlim görmüş şəxslərin orada yerləşdirilməsi təxribat naminədirsə, təxribat xarakterli addımların atılması fonunda onlardan da istifadə olunacaqsa bu, yolverilməzdir. Bunun həyata keçirilməsi də baş tutmayacaq. Çünki söhbət 400 nəfərin burada hansı məqsədlər naminə yerləşdirilməsindən gedir. Eyni zamanda biz bunu bir mülki ordu kimi də qiymətləndirə bilərik. Bu baxımdan sərhəd zolağında baş verən proseslər də böyük maraq doğurur. Müdafiə Nazirliyinin ötən gün yaydığı məlumatda qeyd olunur ki, Daşkəsən rayonu istiqamətində ağır texnika və artilleriya cəmləşdirilir. Daha sonra Ermənistan Müdafiə Nazirliyi də buna cavab verdi. Bildirdi ki, bu, müdafiə xarakterlidir və guya Azərbaycan tərəfi bura ağır texnika yerləşdirir. İstənilən halda Avropa İttifaqının buradakı missiyası 2 ayla məhdudlaşır. Təbii ki, Ermənistan bu 2 aylıq müddətin daha da artırılmasına çalışacaq. Lakin Azərbaycan 2 ay ərzində onlarla işləyəcək və bu barədə açıq bir mövqe var. Digər tərəfdən, qarşıdakı 2 ay regionun taleyi üçün həlledicidir. Həm iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması, həm sərhədlərin delimitasiyası, həm də sülh müqaviləsi ilə bağlı artıq bir qərar formalaşdırlmalıdır və hüquqi sənəd imzalanmalıdır. Bu sənəd Azərbaycanın irəli sürdüyü 5 maddəlik təklif əsasında olmalıdır və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilmiş görüşdən sonra mətbuata sızdırılan müzakirə sənədi də onu deməyə əsas verir ki, burada milli maraqlarımız təmin olunmalıdır. Proseslər nə qədər uzanacaqsa, onda Azərbaycanın digər arqumentləri və sülh istiqamətində mövqeyi də formalaşacaq. Eyni zamanda Qarabağda olan Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri də regionu tərk etməlidir. Azərbaycan mərhələ-mərhələ bütün məsələlərin həll edilməsində iştirak etməklə yanaşı, həm də diplomatik trekin öz xeyrimizə nəticələnməsini güman edir və düşünürəm ki, bu 2 ay ərzində də bütün proseslər ölkəmizin xeyrinə başa çatacaq. Ermənistan isə öz məkrli niyyətlərindən əl çəkmir. Avropa İttifaqının nümunəsində digər geosiyasi aktoru regiona cəlb etməkdə maraqlıdır. Eyni zamanda Fransanın da son dövrlər qərəzli bəyanatları regional sülhü kölgə altında qoyur və ona böyük zərbə yetirir".

Aytən Novruz 
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR