Onlayn ictimai-siyasi qəzet
19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın keçirdiyi antiterror əməliyyatı zananı Ermənistanın işğalçı ordusu 223 itki verib.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. İstintaq Komitəsinin sədri Argişti Kyaramyan daha 244 nəfərin yaralandığını açıqlayıb.
Onun sözlərinə görə, hazırda 20 nəfər itkin düşmüş hesab olunur, onlardan beşi “mülki” şəxsdir.
Qarabağdan Ermənistana köç zamanı (??-M.) və Ermənistanın özündə 70-ə yaxın ölüm faktının qeydə alındığı da iddia olunur. İstintaq Komitəsi sədri həyasızcasına iddia edib ki, bu ölümlərə əsas səbəb “Azərbaycanın hərəkətləri nəticəsində yaranan psixoloji gərginlik olub”.
P.S.Kyaramyanın absurd iddialarından belə çıxır ki, ermənilər “qarğa ömrü” yaşayacaqmış, Azərbaycan imkan verməyib…
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ