İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin Lavrovun Bakı səfərindən gözləntiləri və sərsəm iddiaları

Ermənistan mediası Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya iki günlük səfərini xüsusi həssaslıqla izləyir.

“Past” qəzeti yazır ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın qeyd etdiyi kimi, “Azərbaycana səfəri zamanı Rusiya, Ermənistan və Azərbaycan başçıları arasında üçtərəfli sazişlərə xüsusi diqqət yetiriləcək”.

Musavat.com-un məlumatına görə, ermənilər Lavrovun Bakı səfərindən özlərinə sərfəli nəticə də gözləyirlər. Nəşrin yazdığına görə, Lavrovun səfərindən sonra “Laçın dəhlizi açılacaq, “xüsusən də Əliyevin irəli sürdüyü əsas “müdaxilə şəraiti”ndən biri aradan qaldırıldıqdan sonra – Ruben Vardanyan dövlət naziri vəzifəsindən azad edilib”-“Past” daha sonra əlavə edib.

Qəzet daha sonra yazır: “Sonuncuya gəlincə, mənbələrimiz bildirir ki, dar dairədə və komandasının üzvləri ilə söhbətləri zamanı o, dəfələrlə qeyd edib ki, əgər azərbaycanlılar yolu açsalar, çoxsaylı artsaxlılar respublikanı tərk edə bilərlər, son iki aylıq vəziyyəti nəzərə alaraq”.

Erməni nəşrinin iddiasına görə, Vardanyan onu da vurğulayıb ki, o, Qarabağı tərk etmək fikrində deyil, üstəlik, gələcəkdə onun fondu hesabına yeni proqramlar həyata keçirməyi planlaşdırır ki, “artsaxlılar” bölgəni tərk etməsin, əksinə, burada daha da bağlı olsun.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR