İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin “aclıq şousu” davam edir - həm Laçından, həm də Ağdamdan...

Bu gün saat 10 radələrində Ağdama çatmalı olan yük hələ də Bərdədə dayanır.

Musavat.com xəbər verir ki, separatçılar həm Laçından, həm də Ağdamdan ərzaq yardımını qəbul etməkdən yayınırlar.

Razılaşmaya əsasən, həm Laçından, həm də Ağdamdan yardımla dolu TIR keçməli idi. 

Eyni zamanda, Laçın sərhəd məntəqəsinin yaxınlığında Ermənistan ərazisində BQXK-nın bir tırı da dayanıb. Azərbaycan tərəfi onun sərhəddən keçidini ölkə qanunvericiliyinə uyğun şəkildə təmin etməyə hazır olsa da, separatçılar bu yükü də qəbul etmək istəmirlər. Çünki Laçın məntəqəsindən BQXK-nın TIR-ı keçsə, paralel olaraq Ağdam yolundan da TIR daxil olmalıdır. Buna imkan verməmək üçün separatçılar Laçın yolundan gələn yükü də qəbul etmirlər.

Bu isə onların “aclıq şousu” ilə ziddiyyət təşkil edir. 

Qeyd edək ki, Rusiya Qırmızı Xaç Cəmiyyətinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslərə göndərdiyi yük maşınında ərzaq və qeyri-ərzaq məhsulları var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR