İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməniləri “türk” adlandırdığı üçün tutulan prodüser həbsdə qaldı

Ermənistanın Apellyasiya məhkəməsi Lusine Hovhannisyanın sədrliyi ilə keçirilən iclası kinoprodüser Armen Qriqoryanın həbsindən verilən şikayəti təmin etməyib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Legal Way” ictimai təşkilatının həmtəsisçisi Ruben Melikyan Facebook səhifəsində yazıb.

“Armen Qriqoryana qarşı cinayət təqibinin siyasi və ayrı-seçkilik xarakter daşıdığını nəzərə alsaq, qərar əslində proqnozlaşdırıldığı kimi oldu”, - deyə Melikyan yazıb.

Xatırladaq ki, prodüser Armen Qriqoryan bu ilin may ayının ortalarında həbs edilib. O, müsahibəsində Şirak və Ararat vadisi sakinlərinin yarısını “türk” adlandırdığı üçün Ermənistanın  Cinayət Məcəlləsinin 226-cı maddəsinin 2-ci hissəsi ilə ittiham olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR