Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında məskunlaşan separatçıların başlatdıqları “müddətsiz” aksiyaya “dəstək” verməli olanlar arasında problem yaranıb.
Bu barədə separatçı-terrorçu dəstənin “dövlət naziri” Qurgen Nersisyan deyib.
O bildirib ki, Ermənistanda bir qrup aksiyanın Rusiyaya, digər qrup isə Qərbə qarşı olmasına görə ondan imtina edir:
“Bəzi qruplar isə bildirir ki, aksiya səfirliklərin önündə deyil, Ermənistan hökumətinin qarşısında keçiriləcəyi halda orda iştirak edəcək. Öz hərəkətsizliyinizə haqq qazandıran səbəblərə ehtiyacınız varsa, heç olmasa, müdaxilə etməyin”.
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/TVmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
Musavat.com
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ