Onlayn ictimai-siyasi qəzet
“Mənim düşmənim yoxdur”.
Bu sözləri Təranə Qumral qonaq olduğu “Həmin Zaur” verilişində deyib.
Sənətçi bildirib ki, küsülü olduğu həmkarı, Əməkdar artist Könül Kərimova onu görəndə qaçır:
“Əgər kiminsə ürəyində mənə qarşı paxıllıq, xainlik varsa, onu özümə düşmən hesab etmirəm. Allah onun şəfasını versin. Könül Kərimova mənim düşmənim deyil. Zaur, sənin verilişində baş verdi hadisə. Telefonum qaldı studiyada. Gəldim onu götürməyə, Könül məni görüb qaçdı. Mən nə edim? Mənim burada günahım var? O gün də mənə verilişlərin birində sual verdilər. Könül ilə mənim heç bir problemim yoxdur. Amma o, məni görəndə qaçır”. (olay)
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ