İnsanlara hürriyət, millətlərə istiqlal!

“Teleqraf” İnformasiya Agentliyi fəaliyyətə başladı

Bu gündən – 2025-ci il fevralın 7-dən etibarən Azərbaycanda yeni media quruluşu – müstəqil “Teleqraf” İnformasiya Agentliyi fəaliyyətə başlayıb.

Musavat.com xəbər verir ki, “Teleqraf” Media Qrupuna daxil olan agentlik “Gündəlik Teleqraf” qəzeti və Teleqraf.com saytının bazasında formalaşdırılıb. 

Teleqraf.com 2012-ci ildən fəaliyyət göstərir və kifayət qədər geniş oxucu auditoriyasını əhatə edir. Bundan sonra isə oxuculara informasiya agentliyi kimi xidmət edəcək.

Agentlik hazırda “az” domenini (Teleqraf.az) istifadə etsə də, “com” domeni də aktivdir və hər iki domenlə agentliyin saytına daxil olmaq mümkündür.

Kollektivin hədəfi beynəlxalq standartlara uyğun format, dəqiq və qərəzsiz xəbər istehsalı ilə Azərbaycan informasiya mühitini gücləndirmək və yeniləməkdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR