Onlayn ictimai-siyasi qəzet
Federal hakim ABŞ Xəzinədarlığına ödəniş sistemindəki məlumatları üçüncü şəxslərlə paylaşmağı qadağan edib.
Musavat.com xəbər verir ki, məlumatı Financial Times yayıb.
Bildirilir ki, bu, milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) fəaliyyətinə cavabdır.
Qeyd olunur ki, DOGE dövlət xərclərinin azaldılmasının tərəfdarıdır. Agentlik federal icra departamenti olmasa da, ABŞ Xəzinədarlığının məlumatlarına çıxışı var idi. Mask, komandasının Sosial müdafiə və Medicare ödənişləri də daxil olmaqla, hər il trilyonlarla dollar xərcləyən bir sistemə çıxış əldə edərək, Xəzinədarlığın pul köçürmələrini sürətlə dayandırması ilə öyündükdən sonra hakim Colleen Kollar-Kotelly belə müvəqqəti qərar qəbul edib.
Milyarderin açıqlaması dövlət qulluqçularının və təqaüdçülərin məhkəməyə müraciət etməsinə səbəb olub. Qəzet yazır ki, onlar DOGE-nin xəzinədarlığın məxfi məlumatlarına çıxışının qadağan edilməsini tələb ediblər.
ABŞ prezidenti Donald Trampın administrasiyası məhkəməni yalnız iki DOGE emissarının - Cloud Software qrupunun rəhbəri Tom Krause və 25 yaşlı proqramçı Marko Elezin məxfi məlumatlara çıxışı olduğuna əmin etməsinə baxmayaraq, hakim yenə də hər hansı məlumatın Xəzinədarlıqdan kənara ötürülməsini qadağan edən sərəncam qəbul edib. Bildirilir ki, qərar Mask komandasına sistemə girişin birdəfəlik qadağan olunması ilə bağlı yekun qərar qəbul edilənədək atılan addımdır.
Musavat.com
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ