İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər müharibə hazırlığında: bir sorğunun ŞOK nəticələri, referendum hoqqası

Mənzil-qərargahı ABŞ-da yerləşən Gallup İnternational Association şirkəti Ermənistanda təzəlikcə (27-31 may) ictimai rəy sorğusu keçirib. Məlum olub ki, hayların 82%-i baş nazir Nikol Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanımaq haqda bəyanatını rədd edir. 86% isə Qarabağdakı ermənilərinin gələcəyini Azərbaycan daxilində təsəvvür etmir (Guya Azərbaycandan kənarda, bizimlə düşmənçilikdə Qarabağ erməniləri, ümumən ermənilər ağ günə çıxıblar).

Hələ harasıdır, srağagün “artsax”la bağlı Ermənistanda referendum keçirmək tələbi ilə ictimai təşəbbüs qaldırılıb və artıq imza toplanmasına başlanıb. Konstitusiyaya görə, 50 min imza yığılarsa, hökumət referendum qərarı verməlidir. İndi gəl, bu gönü qalın, başdan xəstə tayfanı, “Qafqaz qaraçıları”nı anla görüm, necə anlayırsan...

Bu da sizə Nikolun öz xalqını sülhə hazırlaması. Məlum olur ki, ermənilər sülh nədir, tam əksinə, müharibəyə hazırlaşırlar. Bu da başqa əlavə dəlil: sorğular erməni toplumunda Türkə nifrətin yüksək olduğunu bir daha təsdiqləyib.

Əsl nonsensdir. Bir yandan, 44 günlük müharibədən sonra kapitulyant Paşinaynın partiyasını yenidən qalib edirlər, yəni sülhə səs verirlər, o biri yandan, “artsax Azərbaycan tərkibində olmayacaq” isterikası qaldırır, İrəvanın mərkəzində terrorçulara “Nemezis” abidəsi ucaldıb ətrafına gül-çiçək düzürlər...

Görəsən bu geri zəkalı, çörəyi dizi üstdə olan şərəfsiz qəbilə “miatsum” qışqırıb-bağırmaqdan, boş yerə qırılıb-çatılmaqdan bezmədimi? Axı suveren Azərbaycanın ayrılmaz hissəsı ilə bağlı Ermənistanda referendum keçirib də nəyə nail olacaqlar? Lap tutaq, bu absurda da getdilər. Bəyəm ondan dərhal sonra BMT Təhlükəsizlik Şurası yığışıb Qarabağı Azərbaycandan alacaq və Ermənistana birləşdirəcək?

Hələ ki, beynəlxalq hüququ, BMT Nizamnaməsini heç kim ləğv etməyib. Ona qalsa, biz də Azərbaycanda İrəvan, Göyçə, Zəngəzur mahalları ilə bağlı referendum təşkil edə bilərik. Özü də buna ermənilərdən fərqli olaraq tam haqqımız çatır. Yoxsa haylara 28.74 kv km-lik ərazi də artıqlıq edir?

“Çox istəyən azdan da olar” deyilir müdrik Azərbaycan məsəlində. Necə ki, Qarabağdakı bir ovuc gəlmə erməniyə vaxtilə ən yüksək muxtariyyət statusu vəd edəndə özlərini qaldırıb dağın başına, naza qoydular, daha artığını, müstəqillik tələb elədilər. Yəni dövlət içində dövlət. Sonrası məlum: 44 günlük müharibə, “Dəmir yumruq”, “polad qapaz”, “timsah göz yaşları”...

Odur ki, bizə zorən qonşu edilən mənfur toplum nə qədər gec deyil, olmayan ağlını başına yığsın. Zira, bu qəbil həyasızlıqların və ifratların cavabının nə olacağını gərək ki, onlar yaxşı bilirlər. O zaman belə heyrətamiz dirənişin, sırtıqlığın adı nə? Yenə sink tabutlar üçünmü darıxıblar? Olsun. Təzələrini təşkil edərik. Həm də qısa zamanda.

Müxtəsəri, özümüzü aldatmayaq. Hay qəbiləsi hələ uzun müddət yalnız bircə dili yaxşı başa düşəcək – “Dəmir yumruq” dilini. O səbəbə barıtımızı quru saxlayaq, qılıncımızı qına qoymayaq...

“Gallup”un sorğusundan çıxan başqa nəticələr də var. Belə ki, respondentlərin yalnız 18,8%-i Nikol Paşinyanın baş nazir kimi fəaliyyətini bəyənib. Təxminən 60%-i isə “hazırkı daxili və xarici siyasi təhdidləri nəzərə alaraq” ölkədə erkən parlament seçkilərinin keçirilməsini zəruri sayıb.

Deyirik, olmaya, budəfəki seçkilərdə Nikolun “dalından” dəymək fikrindədirlər? Nəyin qarşılığında, nəyin naminə? Zavallı millət, sizin ən ağıllınız elə Paşinyandır...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR