Onlayn ictimai-siyasi qəzet
“Dünən Azərbaycan tərəfi “Zəngəzur dəhlizi” adlanan mövzu ilə bağlı kiçik, lakin uğurlu informasiya hücumu həyata keçirib”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu cümlə erməni revanşist ekspert, türkoloq Varujan Geqamyanın yazısında yer alıb.
Erməni Geqamyan bu “hücum”la bağlı 3 mühüm məqamın olduğunu qeyd edib:
“1. 2025-ci ildə Turan dəhlizi deyilən məsələ ilə bağlı maksimum mümkün təzyiq gözlənilir. Bu, tikinti vaxtı da daxil olmaqla, lakin bununla məhdudlaşmayan bir sıra amillərlə bağlıdır.
2. İran dəhliz məsələsində əsas rəqib olaraq qalır. Bu layihəyə mane olan Ermənistan deyil, İrandır. Qərbin İrana təzyiqi artarsa, Ermənistan üçün bu əlverişli mövqe dəyişə bilər.
3. Azərbaycan və Türkiyənin Ermənistana qarşı müharibəsi təkcə klassik döyüş meydanında deyil, informasiya məkanında da gedir”.
P.S. Erməni ekspertlərinin İranın Zəngəsuz dəhlizində xoflanması təsadüf sayılmır. Üstəlik bu məsələdə ən çox kremlpərəst yerli politoloqlar xüsusi canfəşanlıq nümayiş etdirirlər.
Musavat.com
08 Yanvar 2025
18:35 Ağadadaş Ağayev baltalı hücum etdiyi mühafizəçi ilə barışdı – MƏHKƏMƏ BARIŞIĞI QƏBUL EDƏCƏKMİ?
17:33 Telejurnalist bankla məhkəmə çəkişməsindən danışdı: “Razılığa gələ bilmirik, pulumu vermirlər”
ŞƏRHLƏRŞƏRH YAZ