Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Ermənistana yeni tələblər irəli sürəcək.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə martın 28-də erməni revanşist deputat Artur Xaçatryan danışıb.
“Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə deputatlarla son görüşdəki davranışı bunun parlaq sübutudur”, – deyə erməni deputat qeyd edib.
Xaçatryan Qarabağ müharibələrinin hər iki mərhələsində iştirak etmiş şəxslərin ekstradisiyası ilə bağlı Bakının tələb irəli sürə biləcəyini istisna etməyib.
“Mən istisna etmirəm ki, Bakı hətta bunun üçün konkret bir vaxt çərçivəsi də müəyyən etmiş ola bilər”, – deyə Xaçatryan bildirib.
Musavat.com
01 Aprel 2025
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ