İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloq: “Ermənistan hakimiyyəti Qarabağın təslim olmasına razılıq verib”

 

“Qlobal geosiyasi dəyişikliklər kontekstində hər bir ölkə müharibəyə hazırlaşır, silah arsenalını yeniləyir, Ermənistan isə yalnız sülhdən danışır”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bunu erməni politoloq Abraam Qasparyan deyib.

Onun sözlərinə görə, indiki şəraitdə Ermənistanın belə mövqeyinin iki izahı ola bilər. “Nəzəri olaraq Ermənistan hazırkı mövqeyini Rusiya ilə razılaşdıra bilər və son məqsəd vəziyyətin gərginləşdiyi halda, sülhməramlıların mandatının genişləndirilməsi tələbi ilə BMT Təhlükəsizlik Şurasına müraciət etməkdir. Lakin bu, sadəcə olaraq, fantaziya nəzəriyyəsidir, çünki Rusiya Federasiyası ilə Qərb ölkələri arasında ziddiyyətlər həddən artıq dərindir və Dağlıq Qarabağ münaqişəsi onların maraqlarının üst-üstə düşə biləcəyi məsələ deyil”, - deyə erməni ekspert bildirib

Qasparyanın fikrincə, ikinci versiya daha real görünür: Ermənistan hakimiyyəti əslində, Qarabağın təslim olması haqqında saziş imzalayıb və azərbaycanlı aktivistlər bu razılaşmanı yerinə yetirmək üçün gəliblər”.

Qasparyan həm Böyük Britaniya, həm də Rusiya şirkətlərinin Qarabağdakı mədənlərdə maraqlı olduğunu, ona görə də bu eskalasiyanın Britaniya və Rusiya kapitalı arasında bir növ maraqların toqquşmasına çevrildiyini iddia edib. Onun sözlərinə görə, Azərbaycan tərəfi bu ziddiyyətlər üzərində oynamağa çalışır, çünki yaxşı bilir ki, indiki mərhələdə Rusiya Federasiyası hər vasitə ilə ikinci cəbhənin açılmasından yayınmağa çalışacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR