İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ordusu sərhədə GÖRÜN nələr daşıyır: savaş hazırlığı - CANLI

Ermənistan ordusuna aid yük maşınlarının işlənmiş avtomobil şinlərini daşıdığına aid görüntülər yayılıb. Sosial şəbəkələrdə yayılan görüntülərin Ermənistanın Lori vilayətinin Quqark kəndində qeydə alındığı bildirilir.

Şinlər səngərlər və blindajların müdafiəsi üçün aktiv istifadə olunur. Belə görünür ki, erməni tərəfi sərhəddə yeni təxribatlara hazırlaşır. Son günlər erməni ekspertlər də istisna etmirlər ki, yeni toqquşmalar gözlənilir. Hətta noyabrda irimiqyaslı döyüşlər olacağı haqda fikirlər səslənir.
Amma noyabrda həm Brüssel görüşləri var, həmçinin Putin liderləri Rusiyaya dəvət edib, habelə Avropa İttifaqının mülki missiyası iki aylıq Ermənistan ərazisində yerləşəcək və sərhəddə vəziyyəti müşahidə edəcəklər. O halda düşmən ordusu nəyə və niyə hazırlaşır?
TVMusavat-ın saat 16:00-da canlı yayımlanan “Həftə içi” proqramında Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Nəsimi Şərəfxanlı və azvision.az-ın baş redaktoru Vüsal Məmmədov bölgədə prosesləri, o cümlədən Ukrayna böhranını müzakirə edirlər. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR