Onlayn ictimai-siyasi qəzet
Ermənistan Azərbaycanın tələbi ilə konstitusiyaya dəyişiklik etmək niyyətində deyil.
Musavat.com xəbər verir ki, bu aşırı iddialı açıqlamanı baş nazir Nikol Paşinyanın partiyasının sədr müavini və Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan verib.
Onun bəyanatının mabədi belədir: “Ermənistan Respublikası öz konstitusiyasını Ermənistan vətəndaşlarının qərarı ilə dəyişdirə bilər. Bu, Ermənistan Respublikasının daxili işləridir. Ermənistan Respublikası heç bir ölkənin tələbi ilə öz konstitusiyasını dəyişdirməyəcək”.
Musavat.com xatırladır ki, Ermənistan konstitusiyasında Azərbaycan torpaqlarına qarşı ərazi iddiası olması səbəbindən rəsmi Bakının sülh müqaviləsi üçün İrəvandan əsas tələbi ana qanunun islah olunmasıdır. Öncə Paşinyan və komandası bu tələbə loyal yanaşırdı. Lakin zaman keçdikcə bu loyallığı lovğa açıqlamalar əvəzlədi.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ